Slimfit
  1. ƏDƏBİYYAT

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Sərbəst məmləkətdə nəzarət işi

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Sərbəst məmləkətdə nəzarət işi
Sakura

Əhməd bəy Ağaoğlu - Sərbəst insanlar ölkəsində/Sərbəst məmləkətdə nəzarət işi

Ancaq bunu da unutma ki, nəzarət etmək azad olmaq qədər çətindir. Nəzarət heç də hər kəsin ağzına gələni söyləməsi...
və haqlı-haqsız başqalarını pisləməsi demək deyil. Belə nəzarət nəzarətsizlik qədər iyrənc və zərərlidir. Şəxsiyyəti alçaldan böhtan və şayiədən ibarət olan nəzarətə bizdə əsla yol verilmir və buna cəsarət edən hər bir vətəndaş dərhal şəhərdən çıxarılır.
Bu şəhərdə nəzarət şərəfli və şərəfin qiymətini bilən insanlara layiq şəkildə, kübarcasına aparılır. Danışığında nəzakət gözləmək, tənqid və qınaqlarında şəxsiyyəti alçaltmamaq və əsas məsələdən yayınmamaq burada bir qaydadır. Bu qaydadan çıxmamaq şərti ilə sərbəst şəhərdə nəzarət vətəndaşların həm haqqı, həm də borcudur. Bu haqq və borcu söylənən kimi ödəməyən bir vətəndaş, yəni hər hansı məmurun işə baxmadığını və ya işindən sui-istifadə etdiyini bilsə də ona qarşı tədbir görməyən vətəndaş, həmin məmur kimi cəzalandırılır.
- Ustad, çox ağır cəza deyilmi? Özünüz öncə söylədiniz ki, çuğulçuluq suç bilindiyindən cəzalandırılır. Burada isə, onu ləyaqət sayırsınız.
- Oğlum! İki şeyi qarışdırırsan. Çuğulçuluq başqa, nəzarət başqa anlayışdır. Çuğulçuluq özünü qoruyaraq iftira və dediqoduya söykənməklə başqasını ləkələməkdir. Nəzarət isə məsələni öyrənərək bəlli qənaətə gələndən sonra mərd və açıq şəkildə meydana atılmaqdır; çuğulçunun məqsədi vətəndaşı ləkələmək, faydalandığı vasitə - iftira və şayiədir. 
Nəzarətçinin amacı hamının haqqını qorumaq, faydalandığı vasitə həqiqətdir.
- Fərqi anladım, ustad! Sizi yorduğuma görə üzr istəyirəm. Mümkünsə, 13-cü maddəni də açıqlayın.- Bu bizim vəzifəmizdir, oğlum. Sərbəst şəhərin sakinləri bizi bundan ötrü, yəni yeni vətəndaşlara bu şəhərin nizamnaməsini öyrətmək üçün seçiblər.
- 13-cü maddədə deyilir ki: "Hər bir məmur, hər bir cəmiyyət və dövlət adamı hər an həyatı haqqında hesabat verməyə borcludur"...
- Bu da şəhərin təməl qaydalarındandır. Məmura verilən əməkhaqqı və dolanışığa əvəz olaraq, cəmiyyətin, dövlətin o cür adamlarına göstərilən hörmətin, inamın və onlara tapşırılan vəzifənin, bu vəzifədən irəli gələn nüfuzun qarşılığında şəhər nə istəməlidir? Şəhər də istəməlidir ki, həmin şəxslər həyat və fəaliyyətlərini ona həsr etsinlər. Axı şəhər elə
vətəndaşların mümkün qədər çox fayda verməsində maraqlıdır. Üstəlik, həmin şəxslərin dürüst və doğru olmaları da şəhərdən ötrü bir həyat məsələsidir.
Bir sualıma cavab ver: əxlaqsız və yaxud çalışmayan bir adama şəxsi işlərini tapşırarsan?
- Yox, əlbəttə!
- O halda şəhər necə tapşıra bilər ki?
- Bunu anladım. Ancaq məni o çaşdırır ki, həmin şəxslər öz həyatları haqqında hər an hesabat verməlidir. Şəxsi və özəl həyata müdaxilə etmək olarmı? Yad gözlərin sənin özəl yaşamına baxması nə dərəcədə düzdür?
- Bax, yenə qarışdırırsan. İstibdad çağından qalma aldadıcı bir havaya oynayırsan. Dövlət adamları və məmurlar özünü şəhər işlərinə həsr edən, cəmiyyətlə nəfəs alan vətəndaşlardır. Onları bu işə heç kim zorlamır. Bu işi öz istək və arzuları ilə boyunlarına götürürlər. Və öhdələndikləri gündən başlayaraq başqa vətəndaşlardan fərqli sayılırlar. Beləcə, həmin 
vətəndaşlardan ayrılmış hesab olunurlar.
Ümumvətəndaşlıq qaydalarının bəzi maddələri belə şəxslərə şamil edilmir. Bu şəxslər dövlət hesabına yaşadıqlarından dövlətin onlardan hesabat istəmək haqqı var. Hesabat verməyi xoşlamırsansa, hesabat tələb edən vəzifəni üzərinə götürməməlisən. Axı başqa vətəndaşlardan heç kəsin hesabat istəmək yetkisi yoxdur. Ancaq məmur və dövlət adamı vəzifəsini üstünə götürmüsənsə, gərək olan işi görmək artıq sənin borcun sayılır.
- Yəni məmurun və dövlət adamının özəl və şəxsi həyatı yoxdur?
- Bax, yenə köhnə havanı çalırsan! Mümkünsə özəl həyatın hüdudlarını cız. Haradan başlayıb harada bitir o hüdudlar? 
Tutalım, qumar oynamaq özəl həyat sayılır, ya yox?
- Özəl həyat sayılır.
- Alış-veriş, yəni ticarət necə? Qəzet müxbiri olmaq necə?
- Cavab verməyəcəyəm!
- Çünki alışdığın düşüncə qumar oynamağı özəl həyat kimi qəbul edir, ticarət və müxbirliyi isə yox. Halbuki dözüm göstərib azacıq düşünəsən, ticarət və müxbirliyin qumar və bədxərclikdən qat-qat yaxşı olduğunu anlayarsan. 
Qumarbazlar, bədxərclər istər ayrı-ayrı adamlara, istərsə cəmiyyətə saysız zərər vurur. Bu azara tutulmuş məmur diqqətini, sağlamlığını, gözəlliyini, bacarığını şəhər işlərinə yox, başqa yerlərə xərcləyir, cəmiyyətin işlərinə lazım olan qədər diqqət və sayğı göstərmir. Sonra da vəzifəsini gözdən salır, faydalı və ciddi çalışqanlıq yerinə tənbəllik edir, başçısını və xalqı aldatmağa qurşanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR