Slimfit
  1. CƏMİYYƏT

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək
Sakura

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək

Ümumdünya Səhiyyə Təşkilatı deyib ki, koronavirus pandemiyası 2 il və ya daha çox çəkə bilər. Lakin payızın sonunda da bu virusun bitəcəyi ilə bağlı fikirlər səsləndirənlər var. Qeyd edək ki, bu virusa görə yarım ildən çoxdur ki, bütün dünya dövlətlərində, eləcə də Azərbaycanda karantin rejimi tətbiq edilir. Bu gün hər kəsi maraqlandıran sual ölkəmizdə karantin qaydalarının nə zaman bitməsidir.

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, payızda digər soyuqdəymə xəstəliklərinin də aktivləşməsi gözlənilir:

“Ona görə karantin davranışları payız aylarında da lazım olacaq. Həmin vaxt bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq”.

Adil Qeybulla  vurğulayıb ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir:

“Yəqin ki, maskadan və dezinfeksiya məhlullarından tam azad olmaq ilin sonunda mümkün olacaq. Əgər bu virus təbiidirsə, yanvaradək bitəcək. Yox, əgər yanvardan sonra da koronavirus davam edərsə, deməli laboratoriyada hazırlanmış xüsusi virusdur. Amma yaxşı olar ki, gələn il də payız fəslində respirator virus xəstəliklərindən qorunmaq üçün insanlarımız maska taxıb, sosial məsafəni gözləsinlər. Yaxınlarını və digər insanları qripə yoluxdurmasınlar. Kollektivdə kimsə xəstədirsə, bütün iş yoldaşları maska taxsınlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR