Əhalinin banklarda bu qədər əmanəti var
2019-cu il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 8 milyard 811,1 milyon manat təşkil edib.
Axar.az xəbər verir ki, əmanətlərin 55,4 faizi xarici, 44,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,3 faiz artıb, xarici valyutada əmanətlər isə 5,6 faiz azalıb.
2019-cu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 445,8 milyon manat təşkil edib, onun 11 milyard 758,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,6 faizini təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət