Slimfit
  1. SİYASƏT

Əgər sabah müharibə başlasa...

Əgər sabah müharibə başlasa...
Sakura

Əgər sabah müharibə başlasa...

 “Sirr deyil ki, istər keçmiş SSRİ zamanında, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan hər zaman Ermənistandan bütün parametrlər üzrə üstün olub. Hərbi güclərin nisbəti üzrə də son illər biz davamlı şəkildə keçmiş MDB ölkələri arasında qonşularımızdan öndəyik”. 

Oxu.Az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O vurğulayıb ki, bu fərq bir sıra parametrlər üzrə təyin edilir və şəxsən mənim üçün gözlənilən idi:

“Ötən il də Azərbaycan bir sıra ölkələrlə müdafiə və təhükəsizliyimizi daha da gücləndirmək üçün danışıqlar aparıb və bu danışıqlar uğurla nəticələnib. 

Sözsüz ki, sabah ərazilərimizin işğalçılardan azad edilməsi üçün əmr verilsə, bu, özünü döyüş meydanında da mütləq göstərəcək. Əvvəlki illərdə biz bu barədə danışanda bədnam qonşularımız çalışırdılar ki, bu məsələni bir az önləsinlər.

İndi isə dünyanın müxtəlif hərbyönümlü təşkilatları Silahlı Qüvvələr üzrə hesabatları müstəqil şəkildə aparır və dərc edirlər. Onların ortaya qoyduqları nəticələrə isə artıq qonşularımız heç bir halda mane ola bilmirlər. 

Düşünürəm ki, Ermənistan siyasi-hərbi rəhbərliyi bu məsələnin ciddi fərqindədirlər və havadarlarına arxalanıb hələ ki işğalçılıq siyasətlərini davam etdirirlər”. 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənli isə deyib ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur: “Ordumuzun kifayət qədər büdcəsi var.

Bundan əlavə, dövlətimiz orduda xidmət edən şəxslərin sosial, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görür. Bütün sahələr üzrə Azərbaycan Ermənistandan dəfələrlə üstündür, hətta bizimlə onlar arasında müqayisə olunmaz fərq mövcuddur”. 

Politoloq bildirib ki, son illər hərbi hissələrdə yeni əsgər yataqxanaları tikilir, ərzaq məsələləri daha da yaxşılaşdırılır:

“İstər silahlanmasına, istər hərbi hazırlığına, istərsə də orduda xidmət edən şəxsi heyətin sayına görə, ordumuz düşmən ölkənin ordusundan üstündür. Ermənistan ordusunda isə nizamnamədənkənar xeyli hallar baş verir.

Xatırlayırsınızsa, 2016-cı ilin Aprel döyüşlərində ordumuz düşmən üzərində möhtəşəm qələbə qazandı. Ordumuzun bu qələbəsindən düşmən çox sarsıldı və 10-dan çox generalını işdən azad etdi. Ermənistan bu gün də Aprel döyüşlərindəki məğlubiyyətini unuda bilmir”. 

E.Həsənli deyib ki, Ermənistan işğalçı bir dövlətdir və havadarlarının hesabına Azərbaycan torpaqlarını işğal ediblər:

“Onların gücü ancaq mülki və silahsız əhaliyə çatıb. Ermənilərin heç vaxt Azərbaycan Ordusuna gücü çata bilməz. Bu gün insanlar Ermənistanı tərk etməyə başlayıb. Ermənistanda əsgər anaları dəfələrlə Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. 

Hesab edirəm ki, “Ermənistan ordusu” ifadəsinin işlədilməsi belə doğru deyil. Çünki orada terrorçu xislətli, cinayətkar bir rejim var. Azərbaycanla Ermənistan heç bir sahə üzrə müqayisə oluna bilməz. Amma biz müharibə şəraitində olduğumuzdan onlarla bu müqayisələri, təhlilləri aparırıq.

Azərbaycan Ordusu qısa bir zamanda öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bunu Aprel hadisələri də bir daha sübut etdi. Hesab edirəm ki, Ordumuzun bu dəfə onlara cavabı daha ağır olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR