Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əgər övladınız sizinlə bu oyunu oynamasa... - Təhlükə

Əgər övladınız sizinlə bu oyunu oynamasa... -  Təhlükə
Sakura

Əgər övladınız sizinlə bu oyunu oynamasa... - Təhlükə

Ana ilə körpəsinin ilk oynadığı oyunlardan biri olan “göz yumdu” oyununda autizm baxımından diqqət ediləcək nöqtələr var. “Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir.

Bu sözləri Axar.az-a pediatr Altay Abdullaoğlu uşaqlarda autizm və onun müəyyən edilməsindən danışarkən deyib.

Həkim bildirib ki, uşaqla ana “göz yumdu” oyunu zamanı uşağın ananı izləməməsi və ona reaksiya verməməsi normal deyil:

“Ana və körpənin ilk oyunlarından biri “göz yumdu” oyunudur. Ana əliylə, ya da bir örtüklə üzünü örtür, sonra körpənin adını deyir və tez üzünü açır. Körpə anasını diqqətli və həyəcanlı şəkildə izləyir, hərəkətin davamını gözləyir və adı deyilən kimi də qəhqəhələrlə gülməyə başlayır. Bu oyun körpənin inkişafı üçün önəmli ipucu verir. Əgər körpə bu oyunu oynayarkən ananı izləmirsə, reaksiya vermirsə, o zaman həkimlə danışmaq mütləqdir.

 

Bu oyunda autizm baxımından diqqət ediləcək nöqtələr var. “Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir. İlk olaraq, oyuna böyük bir sevinclə qatılmaq lazımdır. Ana əllərini körpəsi ilə öz arasında tutur və körpənin adını deyib, tez əllərini aşağı endirərək, onun sevdiyi bir hərəkəti edir. Sonrakı mərhələdə, örtük uşaq ilə ananın arasındaykən ana gözləyir. Oyunun pik nöqtəsi isə burdadır. Sağlam bir uşaqdan gözlənilən - uşağın oyunu davam etdirmək üçün çalışmasıdır. Körpə bunu etmirsə, artıq məsələnin nə yerdə olduğunu düşünmək lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR