Slimfit
  1. İQTİSADİYYAT

Əgər neft uzun müddət bu qiymətdə qalarsa... – Rüstəmov

Əgər neft uzun müddət bu qiymətdə qalarsa... – Rüstəmov
Sakura

Əgər neft uzun müddət bu qiymətdə qalarsa... – Rüstəmov

Azərbaycan iqtisadiyyatı neftin düşməsinə kifayət qədər dayanıqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

O bildirib ki, 2015-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı bir sıra tədbirlər görülüb:

“Biz iqtisadiyyatı yeni neft qiymətlərində tarazlaşdırmağa nail olduq. Neftin qiymətlərini həm sosial-iqtisadi inkişaf proznozlarımızda, həm də büdcəmizdə azaltmağa doğru getdik. 2015-ci ildə büdcədə neftin qiyməti 90 dollardan götürülmüşdü. Amma hazırkı büdcəmizdə neftin qiyməti 55 dollardan götürülüb”.

E.Rüstəmov deyib ki, dollar 1,7 manatla stabilləşib:

“Biz 2018-19-cu illərdə müşahidə etdik ki, manatın məzənnəsində ucuzlaşma yox, bahalaşma təzyiqləri vardı. Həmin dövrdə kifayət qədər valyuta ehtiyatları da yaratdıq”.

Baş bankirin sözlərinə görə, büdcədə neftin 55 dollardan götürülməsi sosial layihələri yüksək səviyyədə icra etməyə imkan verib:

“Lakin bu gün neftin qiyməti düşüb. Amma Azərbaycan iqtisadiyyatı üçün təhlikəli zonada deyil. Makroiqtisadi fundamentallara baxsaq, bu, bizim ilk növbədə strateji valyuta ehtiyatlarımızdır ki, ÜDM-nin 110 fazinə çatır. Xarici borcumuz ÜDM-dən dəfələrlə aşağıdır. Bütövlükdə bütün bunlar bizə imkan verir ki, indiki situasiyaya optimist baxaq”.

Onun sözlərinə görə, neft hazırda çox ucuzlaşsa da, ilin əvvəlindən indiyə qədər orta qiymət hələ ki, 58 dollardır:

“Buna iki istiqamətdən baxmalıyıq. Əgər bu qiymətlərin enməsi qısamüddətlidirsə və bir həftə, 10 gün müddətinə məcrasına qayıdırsa, cüzi bir şey itirəcəyik. İkinci ssenari isə neftin qiyməti 60 dollar səviyyəsinə qalxmırsa və uzun müddət 30-40 dollar civarında olursa, Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, bu intervalda iqtisadiyyatın tarazlığını təmin etsin. Bunun üçün olduqca ciddi əsaslar yaradılıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR