Slimfit
  1. CƏMİYYƏT

"Əgər əhalinin 60 faizi yoluxubsa, növbəti karantinin heç bir mənası olmayacaq"-RƏY

"Əgər əhalinin 60 faizi yoluxubsa, növbəti karantinin heç bir mənası olmayacaq"-RƏY
Sakura

"Əgər əhalinin 60 faizi yoluxubsa, növbəti karantinin heç bir mənası olmayacaq"-RƏY

Dünyanın əksər ölkələrində koronavirus xəstəliyi ilə bağlı vəziyyət acınacaqlı olsa da, müsbət nəticəli ölkələr də var. Bəzi ölkələrdə artıq xəstəliyin yayılması demək olar ki, dayanıb, yoluxma sayı minimuma enib, hətta bəzi ölkələrdə sıfıra düşənlər də var.

Ümumiyyətlə, ekspertlər bu barədə nə düşünür? Koronavirusa qalib gələn ölkələrin uğurunun əsas səbəbləri nələrdir? Hansı addımlar daha effektiv olur? Bunları Azərbaycanda tətbiq etmək olarmı?

 

Ens.az xəbər verir ki, bununla bağlı tibb eksperti, professor Adil Qeybulla Sonxeber.az-a danışıb.

Professor bildirib ki, müsbət nəticələr əldə olunan ölkələrdə maksimum qayda-qanuna əməl olunub:

"Həm karantin qaydalarının yumuşaldılması zamanı yol verilən yanlışlıqlar, həm də insanların bu məsələyə laqeyd yanaşması bizdə yoluxma sayını artırıb. Eyni zamanda onu da deyim ki, təkcə karantin qaydaları ilə məsələ bitmir. Bir vətəntaş icazə alıb çıxır və nə vaxt qayıdacağı isə məlum deyil. İkinci tərəfdən insanları uzun müddət evdə saxlamaq olmaz.

Əgər evdə saxlayırıqsa demək onların sosial müdafiəsi də təmin olunmalıdır. Karantin tam olaraq öz qaydaları ilə getmədi. Karantin qaydaları yumuşaldılan zaman insanları maarifləndirmək üçün təlimatlar hazırlanmalı idi. Bizdə sadəcə karantinin adı var. Hazırıkı vəziyyət insanların yoluxmasının davam etdiyi bir müddətdir. Pik səviyyəsinə də hələ çatmayıb. Pik səviyyəsindən sonra enmə başlayacaq. Biz faktiki kollektiv immunitetə gedirik. Yoluxma sayındakı tendensiya daha da arta bilər.

Əgər əhalinin 60 faizi yoluxubsa, daha sonra karantinin heç bir mənası olmayacaq. Bina həyətlərində toplu insanlar maskasız domino oynayır, çay içir, mistik şeylərdən danışırlar. Əslində istər vətəndaş məsuliyyətsizliyi, istərsə də effektsiz tədbirlər son nəticədə yoluxma sayının günü-gündən artmasına gətirib çıxardıb".

Professor bildirib ki, heç olmasa ambulator xidmət ilə stasionar xidməti ayırmaq və onları düzgün təşkil etmək lazımdır. Növbəti mərhələ budur. Xəstəliyi olan adamlar adekvat yardım ala bilmirlər".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR