Dərc edildi: Baxış sayı: 121
Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu AÇIQLANDI
Süni tənəffüs aparatına qoşulmuş aktyor Azər Baxşəliyevin vəziyyətində dəyişiklik yoxdur.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, aktyorun vəziyyəti hələ də ağır olaraq qalır.
Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.
Xatırladaq ki, A.Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət