Dərc edildi: Baxış sayı: 558
Əfv Komissiyasının tərkibi dəyişdirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib.
Axar.az xəbər verir ki, bunun bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət