Slimfit
  1. İDMAN

Əfsanəvi futbolçu Bakı Olimpiya Stadionunu Xorvatiya hökumətinə nümunə göstərib

Əfsanəvi futbolçu Bakı Olimpiya Stadionunu Xorvatiya hökumətinə nümunə göstərib
Sakura

Əfsanəvi futbolçu Bakı Olimpiya Stadionunu Xorvatiya hökumətinə nümunə göstərib

 “Qarşıda Avropa çempionatının seçmə mərhələsi var. Ən güclü komanda bizdə olsa da, qrupumuzdakı digər ölkələr daha yaxşı stadionlara malikdirlər”.

Report”un məlumatına görə, bunu “Jutarnji List”ə müsahibəsində Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib. 51 yaşlı funksioner dövlət və yerli icra hakimiyyəti nümayəndələrini martın 24-də AVRO-2020-nin seçmə mərhələsində Budapeştdəki “Qroupama Arena”da keçiriləcək Macarıstan – Xorvatiya oyununu izləməyə və həmin stadiondan örnək götürməyə səsləyib. Əfsanəvi futbolçu Bakı Olimpiya Stadionunu da nümunə göstərib: “Uelsin Kardiffdəki arena da daxil olmaqla, bir neçə əla stadionu var. Azərbaycan AVRO-2020-ni möhtəşəm Bakı Olimpiya Stadionunda qəbul edəcək. Slovakiyalılar yaxın günlərdə Bratislavada gözəl stadionun açılışını edəcəklər. Qonşumuz Macarıstan isə “Qroupama Arena” və bir neçə birinci səviyyəli idman qurğuları inşa edib. Xorvatiya millisinin öz nəticələrinə uyğun stadiona layiq olduğundan əminəm. Ona görə də dövlət və yerli icra hakimiyyəti nümayəndələrini bizimlə Budapeştdəki oyuna getməyə, orada macarlardan bu arenanı necə maliyyələşdirdiklərini və inşa etdiklərini öyrənməyə çağırıram”.

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil olunacaq. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR