Dərc edildi: Baxış sayı: 496
Əfqanıstandan ABŞ-a: Hər ikimizə təsir edəcək
ABŞ Talibanla danışıqları dayandırıb.
Axar.az xəbər verir ki, bu sözləri Əfqanıstan Prezidentinin sözçüsü Sıddık Siddiki deyib.
"Lakin hansısa pis nəticə təkcə Əfqanıstana deyil, ABŞ-a da təsir edəcək. Buna əminik", - o bildirib.
Sözçü Talibanın mülki əhalini qətlə yetirməsinə diqqət çəkib və bunun sülh danışıqlarına zərbə olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp bundan öncə Kabildəki terakta görə Kemp-Deviddə Taliban liderləri və Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə planlaşdırdığı məxfi görüşünü ləğv etdiyini bəyan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət