Dərc edildi: Baxış sayı: 754
Əfqanıstandakı ABŞ əsgərləri 4,5 minədək azaldılacaq
ABŞ noyabr ayına qədər Əfqanıstandakı hərbi kontingentini 8,6 mindən 4,5 minədək azaldacaq.
Ens.az Apa.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi yerli KİV-ə verdiyi müsahibəsində bildirib.
“Oktyabr ayının sonları, noyabr ayına qədər Əfqanıstandakı əsgər sayını 4,5 min göstəricisinə yaxınlaşdıracağıq”, - Makkenzi belə deyib.
Onun sözlərinə görə, 4,5 min amerikalı əsgər Əfqanıstanda bütün lazımi tapşırıqları yerinə yetirməyə kifayət edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət