Dərc edildi: Baxış sayı: 697
Əfqanıstan türk dövlətini tənqid etdi: Bizə hörmət edin
Taliban liderlərinin Özbəkistanda qəbulu Daşkəndin Kabilə sülh prosesində yardım etmək istəmədiyini göstərir.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sibqatulla Əhmədi deyib.
Onun sözlərinə görə, Özbəkistan və digər region ölkələr sülh prosesi zamanı ilk növbədə rəsmi Kabilə hörmət etməlidir.
Qeyd edək ki, avqustun 8-də Özbəkistan Xarici İşlər Nazirliyi Daşkənddə Taliban nümayəndələri ilə görüş keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət