Slimfit
  1. AZƏRBAYCAN

Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Sakura

Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər müstəvidə əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir.


Gürcüstan parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında da sıx əməkdaşlıq mövcuddur ki, bu da özünü hər iki ölkənin parlament üzvlərinin müxtəlif beynəlxalq tədbirlərdə regionla bağlı ortaq mövqedən çıxış etmələrində göstərir.

Görüşdə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri üzərində də dayanılıb. Qeyd olunub ki, Gürcüstan prezidentinin hər iki ölkənin torpaqlarının işğalı faktını xüsusi qabartması, işğala son qoyulmasının vacibliyini vurğulaması son dərəcə vacib məqamdır.

Məlum olduğu kimi, 9 aprel tarixi Gürcüstanda dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur. 1989-cu il həmin tarixdə sovet qoşunları Tiflisdə gürcü xalqının azadlıq tələbi ilə keçirdiyi dinc mitinqi dağıtmış,


nəticədə 21 nəfər həlak olmuşdu, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənmişdi. Bir ildən sonra yanvarın 20-də oxşar faciə sovet qoşunları tərəfindən Azərbaycanda da törədilmişdi. Görüşdə bu barədə müzakirə aparılıb.

Səfir Z.Pataradze bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya Gürcüstanın müstəqilliyinin bərpasının 30 illiyini geniş qeyd edəcək. Bununla bağlı görülən hazırlıq işlərinə nəzər salınıb, bir sıra məqamlar dəqiqləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR