Efiopya gəmisi 20 il sonra Eritreya limanına yan alıb
Efiopya və Eritreya arasında iqtisadi münasibətlər 20 ildən sonra bərpa olunub.
“Seanews.az” xəbər verir ki, bu gün Efiopyaya aid kargo gəmisi Eritreyanın Massava limanına yaxınlaşıb. Bu münasibətlə Efiopyanın baş naziri Abiy Ahmed Eritreyaya ziyarət edib. Rəsmi qarşılanmadan sonra Abiy Ahmed Assab limanına baş çəkib. Onun gün ərzində Massava limanına da getməsi gözlənilir.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər 1993-cü ildə Eritreyanın müstəqillik qazanmasından sonra pisləşib. 1998-2000-ci illərdə yaşanan savaşda on minlərlə insan həyatını itirib. Daha sonra ölkələr arasında bütün ticari münasibətlər dayandırılıb. Dənizə sahili olmayan Efiopya o dönəmdən bütün ixrac və idxal əməliyyatlarının 90 faizini Cibuti limanı üzərindən həyata keçirirdi.
Efiopya və Eritreya liderlərinin iyunda gerçəkləşdirdiyi qarşılıqlı səfərdən sonra iki ölkə arasında buzlar əriyib, ortaq barış və dostluq deklarasiyasına imza atılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət