Dərc edildi: Baxış sayı: 420
Efiopiyada internet şəbəkəsi kəsildi - İlginc səbəb
Efiopiya hökuməti ölkə miqyasında internet şəbəkəsini məhdudlaşdırıb.
Publika.az xəbər verir ki, buna səbəb ölkədə milli imtahanların başlamasıdır. Kəsinti imtahan müddətində bilgi oğurluğu hadisələrinin qarşısını almaq məqsədilə aparılıb.
Hökumət və “Ethio Telecom” şəbəkə şirkəti məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.
Qeyd edək ki, imtahanlara sadəcə liseydə təhsil alan şagirdlər daxil olur. İmtahanlar cümə günü başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət