ƏƏSMN-nin kollegiyasının yeni tərkibi təsdiq edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.
“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədovimzalayıb.
Qərara əsasən, kollegiyanın 11 nəfərdən ibarət yeni tərkibi aşağıdakı kimidir:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət