Slimfit
  1. İQTİSADİYYAT

ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik

ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
Sakura

ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik

Vergi Məcəlləsinə yeni əlavə edilmiş 76.1-1-ci maddəyə əsasən, bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Qanunvericiliyin bu tələbini iqtisadçı Mahmud Abasquliyev belə izah edib:

"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi" ilə bağlı fərmana uyğun olaraq banklar ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edəcəklər. Bunun əsas səbəbi 1 yanvar 2020-c il tarixində Vergi Məcəlləsinin 166-cı maddəsinin dəyişdirilməsi və ƏDV-nin tanınmasının kassa metoduna uyğun aparılmasıdır. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergi ödəyicisinin ƏDV öhdəliyi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayıldığından vergi orqanı bank hesablamaları üzrə daxil olan vəsaitləri izləməlidir.

Bu səbəbdən banklar yalnız ƏDV ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə bütün məlumatları hər ay vergi orqanına təqdim etməlidir. Vergi orqanı banklar tərəfindən təqdim edilən məlumatları vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin göstəriciləri ilə müqayisə edəcək. Bu zaman hər hansı fərqlilik ortaya çıxarsa, vergi ödəyicisinə kameral yoxlama əsasında bildiriş göndəriləcək.

Belə bir addımın atılması "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılmasına, şəffaflığın və bərabərliyin təmin edilməsinə, vergidən yayınmanın qarşısının alınmasına, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə və vergilərin tam həcmdə büdcəyə səfərbər olunmasına təsir edəcək.

Mənbə: Vergiler.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR