Slimfit
  1. CƏMİYYƏT

Ədliyyə Nazirliyi yeni cihazı sınaqdan keçirir: nəzarəti adamlar etməyəcəklər

Ədliyyə Nazirliyi yeni cihazı sınaqdan keçirir: nəzarəti adamlar etməyəcəklər
Sakura

Ədliyyə Nazirliyi yeni cihazı sınaqdan keçirir: nəzarəti adamlar etməyəcəklər

"Görülmüş ictimai işlərin saatı avtomatlaşdırılmış qaydada, daha dəqiq hesablanacaq. Qeyd edim ki, artıq bu cihazın sınaqlarına başlanılıb" - Ədliyyə Nazirliyinin rəsmisi.

Sputnik. "İyunun 29-da ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Avqustun 10-da həmin qanunların tətbiqi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb. Bu yeniliyin əsas mahiyyəti isə ictimai işlərin icrasına daha effektiv və elektron qaydada nəzarətin həyata keçirilməsindən ibarətdir".

Ens.az Sputnik.Az-a istinadən xəbər verir ki,Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə belə deyib. O bildirib ki, bu dəyişiklikdən sonra ictimai işlərin icrasına nəzarət zamanı insan faktoru azalacaq: "Görülmüş ictimai işlərin saatı avtomatlaşdırılmış qaydada, daha dəqiq hesablanacaq. Qeyd edim ki artıq bu cihazın sınaqlarına başlanılıb".

Qeyd edək ki, elektron nəzarət vasitəsinin tətbiqi ilə bağlı Qayda hazırlandıqdan sonra cihazın istifadəsinə başlanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR