Dərc edildi: Baxış sayı: 315
Ədliyyə Nazirliyi bələdiyyəni cərimələdi
Ədliyyə Nazirliyi Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsi barədə inzibati protokol tərtib edib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən protokola Siyəzən Rayon Məhkəməsində baxılacaq.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət