Slimfit
  1. CƏMİYYƏT

Ədliyyə generalı: "O toyda olmamışam"

Ədliyyə generalı: "O toyda olmamışam"
Sakura

Ədliyyə generalı: "O toyda olmamışam"

Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın toyu gündəmin əsas müzakirə mövzusu olaraq qalır.

Həmin şadlıq məclisində qonaq qismində iştirak edənlərin bir neçəsinin kimliyi mərasimdən yayılan kiçik videodan ictimaiyyətə bəlli oldu.

Ens.az xəbər verir ki, Bizimyol.info-ya məlumat verən mənbə həmin məclisdə bəzi generalların, o cümlədən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyevin də iştirak etdiyini bildirmişdi. Amma R.Mehdiyev bu barədə deyilənləri təkzib edib. Ədliyyə generalı Novxanıda Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus bağ evində təşkil olunan məclisdə iştirak etmədiyini bildirib.

Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyeva və Səid Mustafayevin şadlıq məclisi Novxanıda avqustun 18-də bağ evində baş tutub. Evin sahibi isə Fidan Əliyevanın atası, keçmiş deputat İlham Əliyevdir.

Şadlıq məclisi ilə bağlı videogörüntülər sosial mediada yayılandan sonra hər iki gəncin ataları - həm İlham Əliyev, həm də qudası Rövşən Mustafayevə avqustun 23-də 15 sutka inzibati həbs cəzası verilib.

Eyni səbəbdən məclisdə iştirak edən tanınmış qonaqlar, musiqiçilər də cərimələnib.

Onların arasında Bakı Dövlət Universitetinin keçmiş rektoru, hazırda isə üzvi kimya kafedrasının müdiri olan Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, onun müğənni həyat yoldaşı Aysel Teymurzadə, deputat Siyavuş Novruzov və xanımı, Ombudsman Səbinə Əliyeva da var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR