Slimfit
  1. MƏDƏNİYYƏT

Ədəbiyyat müsabiqəsinin nəticələri yaxın vaxtlarda açıqlanacaq

Ədəbiyyat müsabiqəsinin nəticələri yaxın vaxtlarda açıqlanacaq
Sakura

Ədəbiyyat müsabiqəsinin nəticələri yaxın vaxtlarda açıqlanacaq

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elan etdiyi ədəbiyyat müsabiqəsinə əsərlərin qəbulu dayandırılıb.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, münsiflər heyəti tərəfindən qiymətləndirilən qaliblərin adları və əsərləri yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də paytaxt həyatını əks etdirən parlaq epizod və maraqlı hekayələrdən ibarət toplu hazırlamaqdır.

Tanınmış münsiflər heyətinin qiymətləndirilməsinə əsasən müsabiqənin I, II, III yerin sahibləri müvafiq olaraq 3000, 1500, 1500 manat məbləğində mükafat alacaqlar.

Müsabiqə qaliblərinin əsərləri Bakı haqqında almanaxda dərc olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR