Slimfit
  1. MEDİA

Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunub

Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunub
Sakura

Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunub

Noyabrın 15-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanada təşkil olunmuş tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, eləcə də institut və təşkilatlarının direktorları, xarici ölkələrin alim və professorları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılar əvvəlcə Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilən kitablardan ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə fəxri ad və medallarla təltif olunan əməkdaşlara mükafatları təqdim edilib.

Daha sonra Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonskiyə və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianiyə Ədəbiyyat İnstitutunun fəxri doktoru adı verilib.

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun Humanitar Elmlər Bölməsinin aparıcı elmi-tədqiqat institutlarından biri olduğunu diqqətə çatdırıb. İnstitutun 85 illik tarixində böyük inkişaf yolu keçdiyini deyən akademik elmi müəssisənin ölkəmizin elm tarixində müstəsna xidmətləri olduğunu vurğulayıb. İnstituta rəhbərlik etmiş elm xadimlərindən söhbət açan AMEA-nın prezidenti həmin müəssisənin görkəmli alimlərinin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışıb. Akademik əlavə edib ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən institut ədəbiyyatın müxtəlif sahələrində elmi potensialın yaradılmasında əhəmiyyətli rol oynayıb. AMEA-nın prezidenti zamanın tələbləri və ədəbiyyatın əsas vəzifələri haqqında danışaraq bu istiqamətdə Ədəbiyyat İnstitutunun əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun yaranma tarixi, onun keçdiyi yol, institutda işləmiş görkəmli alimlər haqqında danışıb. Bildirib ki, institut 1933-cü ilin mart ayından SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin bazasında Ədəbiyyat sektoru kimi fəaliyyət göstərib. Akademik 1935-ci ildə Ədəbiyyat sektorunun bazasında Dil və Ədəbiyyat İnstitutunun təşkil olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan Elmlər Akademiyası 1945-ci ildə yarandıqda Dil və Ədəbiyyat İnstitutu İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyətini davam etdirib, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutuna çevrilib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, institut ötən 85 il ərzində Azərbaycanda filologiya elminin mərkəzinə çevrilib, milli-mənəvi mədəniyyətin, folklorun, klassik və müasir ədəbiyyatın, xarici ədəbiyyatın öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri və təbliği sahəsində genişmiqyaslı tarixi işlər görüb.

Akademik ədəbiyyatşünaslıq elminin müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafına xidmətini məsuliyyətlə yerinə yetirdiyini nəzərə çatdırıb. Azərbaycançılıq ideyasının formalaşmasında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq elminin də özünəməxsus xidmətləri olduğunu deyən natiq azərbaycanşünaslıq elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq elminin xüsusi çəkiyə malik olduğunu qeyd edib.

Müstəqillik dövründə institutun fəaliyyətində yeni mərhələnin başlandığını deyən alim Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini Azərbaycançılıq ideyası və milli maraqların ön plana çəkilməsi, həmçinin dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi və fundamental tədqiqatlar təşkil edir. Əlavə edib ki, burada aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Sabir Rüstəmxanlı, Əməkdar elm xadimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professoru Qəzənfər Paşayev, Rusiya EA Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Tatarıstan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus EA Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru, professor İvan Saverçenko, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Yelka Traykova, Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvi Naim Kərimov, Monqolustan EA Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadamba, Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov, Tatarıstan EA Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Kim Minnullin, Qırğızıstan EA Çingiz Aytmatov adına Qırğız Dil və Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina Iysayeva və digərləri çıxış edərək 85 illik yubiley münasibətilə institut kollektivinə təbriklərini çatdırıblar. Xarici qonaqlar həmçinin Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın perspektivlərindən danışıblar, gələcək tədqiqatlarında institut əməkdaşlarına uğurlar arzulayıblar.

 

 

AMEA Rəyasət  Heyəti  Aparatının

İctimaiyyətlə əlaqələr və elmin

populyarlaşdırılması idarəsinin

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR