Slimfit
  1. SİYASƏT

ECO: Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur

ECO: Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur
Sakura

ECO: Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının Antalya bəyannaməsi qəbul edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, 41 bəndlik sənədin iki bəndi Azərbaycanla bağlıdır. 

Bəyannamədə qeyd olunub ki, Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur: "Ermənistan xüsusilə Azərbaycanın ərazilərini işğal etməklə regionun iqtisadi potensialının azalmasına səbəb olur. İqtisadi Əməkdaşlıq Təşkilatı bölgədə həll olunmamış münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan da daxil olmaqla hüququ pozulmuş ölkələin hüquqularının bərpasına, torpaqlarının qaytarılmasına və iqtisadi inkişafına hər cür köməklik edəcək".

Sənəddə həmçinin vurğulanıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərdiyi regionda bəzi üzv ölkələrin problemlərindən ciddi narahatlıq keçirir: "Qurum ölkələrdə ərazi bütövlüyü sarıdan mövcud olan həll edilməmiş münaqişələr, təhdidlərlə bağlı narahatlığını bildirir. Bu problemlərin sülh, danışıq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı terrorizmi və terrorçuluğu qəti şəkildə pisləyir. Terrorla mübarizədə üzv və qeyri-üzv ölkələrə daima dəstək göstərəcək". 


 *** 13:59

Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 24-cü iclası başlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

Toplantıda əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tacikistanın xarici işlər nazirinin müavini Xusrav Noziri ötən vaxt ərzində üzv ölkələrlə reallaşdırdığı layihələr haqqında danışıb. Daha sonra İƏT-in baş katibi Hadi Süleymanpurun məruzələri dinlənilib.

Hesabat məruzələrindən sonra Türkiyənin dövlət himni səsləndirilib və təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib və toplantı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə davam etdirilib.

Qeyd edək ki, İƏT beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Qurum 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzv olub. Məhz noyabrın 28-i ECO Günü kimi qeyd olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR