Slimfit
  1. MEDİA

“ECAR” Erasmus+ layihəsinin 5 günlük Fransa səfəri

“ECAR” Erasmus+ layihəsinin 5 günlük Fransa səfəri
Sakura

“ECAR” Erasmus+ layihəsinin 5 günlük Fransa səfəri

ECAR” Erasmus+ layihəsi komandasının Fransaya səfəri təşkil olunub. 22-26 noyabr tarixlərinə təsadüf edən səfərdə 30 nəfərlik nümayəndə iştirak edib. Səfər zamanı Azərbaycan Texnologiya Universitetini Elm və tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev təmsil ediblər. Xatırladaq ki, Avropa Komissiyasının maliyyələşdirdiyi “ECAR” Erasmus+ layihəsinin kordinatoru Bakı Biznes Universitetidir. 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin də iştirak etdiyi səfər zamanı işgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilib.

Görüşlər çərçivəsində Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu  barədə CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel ətraflı məlumatlar verib.

Qeyd edək ki, 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU  Fransa təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidentliyi funksiyasını Fransa Təhsil Naziri yerinə yetirib. 2007-ci ildə Ali Təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqlənib və buna əsasən də CPU müstəqil quruma çevrilib. CPU-nun əsas funksiyası Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya  daşıyır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür. Təşkilatın tövsiyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir.  

Görüş müddətində qurumun Avropa birliyindəki təmsilçisi Carle-Bonafous Murat Avropa-Fransa təhsil münasibətləri haqqında ətraflı məlumat verib. O, konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını vurğulayıb. 

Daha sonra, Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) proqram meneceri Marion Poutrel CPU-nun Nizamnaməsi və hüquqi statusu barədə çıxış edərək əsas prinsipləri izah edib. CPU Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, eyni zamanda Toulouse Jean Jaurès Universitetinin rektoru Emmanuelle Garnier CPU-nun təşkilati strukturu, plenar iclas, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyalar, müvəqqəti işçi qrupları haqqında məlumat verib. Məruzəçi eyni zamanda qeyd edib ki, CPU-da görüşləri təşkil edən, CPU-nun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət görtərir. 

Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə  Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri haqqında iştirakçılarla ətraflı müzakirələr aparıb. 

Daha sonra CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və s. kimi məsələlər haqqında fikir mübadiləsi həyata keçirilib. 

Tədbirin son günündə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon universitetinə səfər təşkil edilib. Səfərdə iştirak edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov CPU-nun medalı ilə təltif olunub. 

Səfər çərçivəsində heyət Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacibəylinin məzarını ziyarət ediblər. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət evində təşkil edilən tədbirə də qatılıb.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR