Dərc edildi: Baxış sayı: 664
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Bakıya gətirilib
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.
"Report"un xəbərinə görə, Ə.Elçibəyin Türkiyədə yaşayan qızı Çilənay, kürəkəni Aqil Səmədbəyli də Bakıya gəlib.
H.Əliyevanın cənazəsini Müsavat başqanı Arif Hacılı, sabiq baş nazir Pənah Hüseyn, Ə.Elçibəyin ailə üzvləri və yaxınları qarşılayıblar.
Cənazə yaxın saatlarda ayrılan xüsusi təyyarə reysi ilə Naxçıvana yola salınıb. H.Əliyeva öz vəsiətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə olacaq.
Allah rəhmət eləsin!
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət