Əbülfətov Mircamal Mirsaleh oğlu - "20 Yanvar Şəhidi"
Mircamal Əbülfətov - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
1958-ci il 17 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Lənkəran şəhərlərarası yükdaşıma idarəsində fəhləişləyib.Qara Yanvar hadisəsi zamanı şəhid olduqdan sonra yeddi yaşında bir qız övladı qalmışdır. Hadisə vaxtı atışma səsinə küçəyə çıxıb. XI Qızıl Ordu meydanı tərəfdə çoxlu yaralının olduğunu eşitdikdən sonra ora yollanıb. Ərazidə olan yaralılara kömək etmək istəməyi sovet əsgərlərinin xoşuna gəlməyib və Mircamal Əbülfətova atəş açılıb. Qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılarkən saat 03:30 dəqiqədə yolda olarkən keçinib. Mircamal Əbülfətov Lənkəranda dəfn edilib.
Ünvan
Lənkəran şəhəri, Əli Bayramov küçəsi 280.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət