Slimfit
  1. AZƏRBAYCAN

Əbülfəs Qarayevdən “Avroviziya”dakı xəritə qalmaqalına reaksiya

Əbülfəs Qarayevdən “Avroviziya”dakı xəritə qalmaqalına reaksiya
Sakura

Əbülfəs Qarayevdən “Avroviziya”dakı xəritə qalmaqalına reaksiya

 

“Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi məsələsini “İctimai” televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq.

Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“Avroviziya” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni “İctimai” televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik.

Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən “Google maps”da da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”, - deyə nazir əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR