Əbülfəs Qarayev: "Ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır"
"VI Beynəlxalq Humanitar Forumu beynəlxalq tədbirə çevrildi. Biz fərəh hissi ilə bildiriririk ki, forumun fəal içtirakçılar arasında Avropa Şurası, YUNESKO, İSESKO, Ərəb Liqası, Körfəz ölkələri Liqası var".
Publika.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış nitqində çıxışı zamanı deyib.
"Bu forum çərçivəsində vahid platforma üzərində dayanaraq sülh üçün mövcud imkanların araşdırılması üzərində çalışdıq. Azərbaycan tərəfindən irəli sürülən təklif mühüm təsissatlar tərəfindən təsdiqlənib.Bakı prosesinin uğuru sadəcə rəqəmlərdə də görünə bilər. Hər il paytaxtımızda təşkil edilən tədbirlərdə 170-ə yazın ölkədən olan nümayəndələr iştirak edir. Münaqişələr, fobiyaların aradan qaldırılması, həyatımızın sadələşdirilməsi üçün bu tədbirlərdə müxtəlif ölkələrin nümayəndələri bir araya gəlirlər. Forum sadə bir fürsət deyildi, bu qarşımızda qoyulan hədəflərə doğru atılan addım oldu. Bu forum çərçivəsində bir çox mövzulara toxunuldu, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına da toxunduq. Konfransın nəticəsində söylənilən fikirlərdən belə anladıq ki, ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət