Əbülfəs Qarayev: Bu, mədəniyyətin yeni formasıdır və qaçılmazdır
Azərbaycan hökumətində gənclərin startapları və innovasiya proqramları ilə məşğul olan bölmə var. Dövlət multimedia layihələrinin inkişafına hər vasitə ilə yardım göstərməyə çalışır.
Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Xəbərlər Mərkəzinə müsahibəsində Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda YARAT adlı ictimai təşkilat fəaliyyət göstərir, onların məqsədi müasir yaradıcılıqla məşğul olan gənclər üçün təhsil proqramları həyata keçirməkdir.
“Bu, mədəniyyətin yeni formasıdır və qaçılmazdır, çünki müasir texnologiyalara ən müxtəlif formalarda özünü ifadə etmək üçün şərait yaranıb”, - Ə.Qarayev qeyd edib.
“Azərbaycanda belə təşəbbüslərə yardım edən ictimai fondlar mövcuddur. Bütün formalarda Azərbaycan mədəniyyətini təbliğ edən Heydər Əliyev fondu çox fəal işləyir”, - Ə.Qarayev bildirib.
O bildirib ki, Azərbaycanda “Buk-treyler” adlı xüsusi mükafat da mövcuddur.
“Gənclərin oxuduqları kitabları 2-3-5 dəqiqəlik kinoçarxlarda təsvir etməsi üçün azad müsabiqələr elan edilir. Tanınmamış, yeni yüzlərlə insanın işləri daxil olur və əla nəticələr verir”, - Ə.Qarayev əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan ənənələrə, “köhnə məktəb”ə hörmətlə yanaşılan, yeni mədəniyyət məkanında özünü reallaşdırmaq imkanı yaradılan yerdir.
“Ölkəmiz ənənəvi qonaqpərvərliyi və açıqlığı ilə fərqlənir. Bizdə qonaqlar çox sevilir və hörmət edilir. Bəlkə, ona görə də Azərbaycan bu gün bir çox turist üçün cəlbedici yerdir. Bizim çox gözəl mətbəximiz var ki, bu da mədəniyyətimizi və adətlərimizi özündə əks etdirir – bizim dolmamız UNESCO-nun qeyri-mədəni irs siyahısına daxil edilib”, - nazir deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət