Slimfit
  1. MARAQLI

Əbu-Dabidə Mangrov Parkı açılıb

Əbu-Dabidə Mangrov Parkı açılıb
Sakura

Əbu-Dabidə Mangrov Parkı açılıb

Ens.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin  paytaxtında  mangrov parkı istifadəyə verilib.

Qeyd: Manqrovlar- Əsasən 25 ° N və 25 ° S uzunluq dairəsi arasında tropik və tropik altı sahildə çöküntü yetişmə mühitində bitən və sıx meşələr təşkil edən müxtəlif orta hündürlükdə ağac növləri, kollar və meydana gətirdikləri meşələrə verilən addır.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında uzun müddətdir gözlənilən mangrov parkı - "Jubail Mangrove Park" açılıb. Layihə yerli "Modon Properties" şirkəti tərəfindən həyata keçirilmişdir.

Al Jubail adasında (Yas və Saadiyat adaları arasında) yerləşən parkın ümumi sahəsi 1 milyon kvadratmetrdir.

Bura saat 09.00-dan 18.30-a qədər gəzintilər üçün açıq olur. Hazırda parka giriş pulsuzdur. Gəzinti müddəti təxminən 35-40 dəqiqədir. Təmiz suda quşları, balıqları və müxtəlif rəngli əqrəbləri müşahidə etmək olar. İşçilər parkı seyr etməyə gələnləri həvəslə məlumatlandırır və sualllarını cabablandırır.

Günəş batana qədər işləyən parkda yemək, balıq tutmaq, zibil atmaq qəti qadağandır.

Yol 6 maarifləndirici seksiyaya bölünüb: xüsusən torla üzən platforma ayağınızın altından ötüb keçən faunanı seyr etməyə imkan verir, müşahidə qülləsindən isə gözəl fotoşəkillər çəkmək və ya çimərlik paltarında suda gəzmək olar.

Park tezliklə uşaq və ekskursiya qruplarını qəbul etməyə hazırlanır. Bütün layihə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında ekoturizmin inkişafına yönəldilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR