Dərc edildi: Baxış sayı: 932
Əbu-Bəkr ibn Xosrov əl-Ustad
Atabəylər sarayında XII əsrin ikinci yarısında fəaliyyət göstərən şairlərdən ancaq Əbu-Bəkr ibn Xosrov əl-Ustad, Müdric əd-Din Beyləqani, Zahid əd-Din Şəmkirinin adları bizə məlumdur Əbubəkr ibn Xosrov XII əsrin birinci yarısında Gəncədə anadan olmuşdur. Nizami ilə bir dövürdə yaşamışdır. Əbu-Bəkr ibn Xosrov əl Ustadinin həyatının böyük bir hissəsi Gəncədə və Naxçıvanda keçib. Belə ki, şair Gəncədə bir müddət yaşsa da, Atabəy Əbu-Bəkr Nüsrətəddin paytaxtı Gəncədən Naxçıvana köçürəndə o da Naxçıvana köçür. “Munisnamə”nin giriş hissəsində Əbubəkr ibn Xosrov özünün aşağıdakı əsərlərini qeyd etmişdir: 1. «Mənsur və Mərcan» poeması – görünür, müəllifin ilk iri həcmli poetik əsəri olmuş, atabəy Məhəmməd Cahan Pəhləvana (1175-1186) ithaf edilmişdir. 2. «Sənəm və Əcəm» poeması – atabəy Qızıl Arslana (1186-1191) həsr olunmuşdur. 3. «Mehr və Müştəri» poeması - «Munisnamə»ni yazmağa başlarkən (yəni, XII əsrin sonlarında) bu əsər bitmiş, lakin hələ heç kəsə ithaf olunmamışdı. Bu ad altında XIV əsr Azərbaycan şairi Əssar Təbrizi də poema yazmışdır. 4. «Nəqizeyi-kitabi-Əlfiyə və Şəlfiyə» («Əlfiyə və Şəlfiyə» kitabına tənqid») – XI əsrin tanınmış fars şairi Əzrəqi Herəvinin pornoqrafik məzmunlu əsərinə tənqid kimi yazılmış, Qızıl Arslana ithaf edilmişdir. 5. «Rahət ər-Ruh» («Ruhun rahatlığı») – müxtəlif hekayə və novellalardan ibarət mənzum əsərdir. Atabəy Nüsrətəddin Əbubəkrə (1191-1210) ithaf olunmuşdur. 6. «Nüzhət əl-Məcalis» («Məclislərin ləzzəti») – Şərqdə geniş yayılmış münazirə formasında (gənc oğlan və qız arasında dialoq şəklində) nəsrlə yazılmış və Nüsrətəddin Əbubəkrə ithaf olunmuşdur. Atabəy Nüsrətəddin Əbubəkrə ithaf etdiyi «Munisnamə» də daxil olmaqla, əl-Ustadın qələmindən ən azı yeddi əsər (beş mənzum və iki mənsur) çıxmışdır Bu əsərlərdən yalnız “Munisnamə” (İstəkli, sirdaş kitabı) əsəri günümüzə gəlib çatmışdır. Əbu-Bəkr yeddi poema yazıb və bunları Atabəy hökmdarlarına həsr edib. Nizami də “Xosrov və Şirin” və “İsgəndərnamə” poemalarını Atabəylərə təqdim edib. Əbubəkrin “Munisnamə” əsəri struktur və məzmun etibarilə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinə bənzəyir. “Munisnamə” əsəri farsca, nəsrlə yazılmışdır. Mövzu, ideya və struktur baxımdan didaktika, öyüd-nəsihət və hikmətli kəlamlar hissəsindən əlavə 31 hekayət də yer alıb. “Munisnamə”nin əl yazması 1920-cı ildə “1001 gecə” nağılları adı ilə London muzeyinə satılır. Bu əsər 50 ildən artıq muzeydə yatıb qalır. Bu əl yazmanın “1001 gecə” nağılları ilə bir başa əlaqəsi olmadığı ingilis alimi Q. M. Meredit-Ounsa müyəssər olur. Q. M. Meredit-Ouns “Munisnamə” əsərini 1974-cü ildə “İran və islam” məcmuəsində dərc etdirib. Akademik Ziya Bünyadovun səyi nəticəsində “Munis-namə”nin fotosurəti Britaniya muzeyindən Azərbaycana gətirildi. Həmin əsər əməkdar elm xadimi, professor Rüstəm Əliyev tərəfindən rus dilinə tərcümə edilərək 1991-ci ildə çap edildi. XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri Londondakı Britaniya muzeyində saxlanlan əlyazma nüsxəsi 750 səhifəyə yaxındır. Əsər 17 fəsildən ibarətdir. “Munisnamə” əsəri 2016 cı ildə nəşr edilib. Sonuncu dəfə 2021 yenidən nəşr olunub. «Munisnamə»nin III və IV fəsillərini bilavasitə sufizmə həsr etmişdir «Munisnamə» əsərində Həsən əl-Bəsri (642-728), İbrahim ibn Ədhəm (vəf. 778), Şəqiq Bəlxi (vəf. 810), Bişr əl-Xafi (vəf. 841), Rabiə əlƏdəviyə (713-801), Məruf Kərxi (vəf. 815), Zu-n-Nun əl-Misri (796-861), Haris əl-Muhasibi (781-857), Cüneyd Bağdadi (vəf.910), Füzəyl ibn İyaz (vəf. 803), Əbülhüseyn ənNuri (vəf. 907), Səri əs-Səqəti (vəf. 865), Cəfər əl-Xüldi (vəf. 959), Bayəzid Bəstami (vəf. 874), Şeyx Əbubəkr əş-Şibli (861-965) və digər məşhur sufilərlə yanaşı, erkən sufizmin onlarla az tanınmış və ya başqa mükəmməl mənbələrdə adları xatırlanmamış nümayəndələrindən də bəhs olunmuşdur. Hücvirin təzkirəsində 74, Əttarın təzkirəsində 97 sufi şeyxinin adı xatırlanırsa, Əbubəkrin bu fəsillərində, özünün yazdığına görə, 72, amma araşdırmaların nəticələrinə əsasən 85-86 və hətta daha artıq sufi şeyxinin adının çəkilmişdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət