Düşüncə gücü ilə idarə olunan ilk robot əl hazırlanıb
Karnegi Mellon Universitetinin mühəndisləri, robotlaşdırılmış cihazların idarə olunması metodlarının işlənməsi sahəsində bir yeniliyə imza atıblar. Gənc alimlər, neyrokomputer interfeysindən (BCI) istifadə edərək , dünyada ilk dəfə olaraq insan beyni ilə idarə edilən manipulyartor yaradıblar. Manipulyator standart, məsələn, Universal Robots kimi biri olsa da, Proqram təminatı və alqoritmlər unikaldırlar!
Bu nə deməkdir? Bu o deməkdir ki, başa əlavə heçnə taxmaq lazım deyil. Sadəcə bandaj papaq geyinmək və düşünmək lazımdır, əllər (manipulyatorlar) isə bu düşündüyünüzü icra edir!
Bu yeni metodun tətbiq dairəsi genişdir. Məsələn, bu texnologiya hərbçilər, elm adamları və iflic olan insanlar üçün faydalı ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət