Düşmən PUA tətbiq edir: Ordumuzun cavabı ağır olacaq
Ermənistan Silahlı Qüvvələri Azərbaycan ilə şərti sərhəddin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, nəticədə hərbi qulluqçularımız yaralanıb. Vəziyyət kifayət qədər gərgindir.
Ens.Az-ın məlumatına görə,bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev sərhəd toqquşmaları haqda danışarkən bildirib.
“Düşmən bu istiqamətdə zərbə PUA-larından istifadə edir. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənin müəyyən itkiləri var. Bu itkilərin yaxın saatlarda artacağı da istisna edilmir”, - o bildirib.
Ekspertin sözlərinə görə, son aylarda intensivləşən düşmən təxribatları Azərbaycan tərəfini daha təsirli, daha adekvat və Ermənistan üçün daha ağrılı-acılı nəticələrə gətirən fəaliyyətlərə əl atmağa vadar edir:
“Budəfəki cavabımız da Ermənistan üçün təsirli və adekvat olacaq”.
Qeyd edək ki, Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində 2 erməni əsgər məhv edilib, 1 erməni əsgər yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət