Slimfit
  1. AZƏRBAYCAN

Düşmən cəbhədə azyaşlı uşaqları hədəfə aldı

Düşmən cəbhədə azyaşlı uşaqları hədəfə aldı
Sakura

Düşmən cəbhədə azyaşlı uşaqları hədəfə aldı

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutması nəticəsində səhhətində problem yaranan uşaqlardan biri xəstəxanaya aparılıb. 

 

Ordu.az-ın əldə etdiyi məlumata görə, 13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. 

Bundan sonra kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar. 

Xəstəxanada tam müayinə edilən azyaşlı kənd sakini evə buraxılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

*****

Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb. 

Ordu.az xəbər verir ki, işğalçı ordunun bölmələri bu gün, təxminən saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. Düşmən bu dəfə də dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.

Əldə olunan məlumata görə, atəşə məruz qalanların ən böyüyü 13 yaşlı, ən kiçiyi isə 4 yaşlı qız uşaqları olub. Onlar öz qapılarının ağzında düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.

Hazırda ərazidə nisbi sakitlik olsa da atəşə tutulan uşaqlar arasında qorxudan səhətləri pisləşənlər var. 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR