Slimfit
  1. MARAQLI

Duş altında niyə üzü yumaq olmaz?

Duş altında niyə üzü yumaq olmaz?
Sakura

Bu geniş yayılmış vərdiş təhlükəlidir.

Çoxları üçün səhərlər kofe ilə deyil, duşla başlayır, həm də onu hər kəs müxtəlif cür qəbul edir: kimsə ilk olaraq başını yuyur, digərləri üçün ilk yerdə bədən qayğısı gəlir, bəziləri isə əvvəlcə üzlərini yumağa üstünlük verirlər. Ancaq az adam bilir ki, duşda üz yumaq  nəinki hazırlaşma vaxtınızı, həm də sağlam dərinizin olma şansını azaldır.

Dermatoloqlar üzünüzü duşda yuymağı israr tövsiyə etmirlər və bunun bir neçə səbəbi var. Kompleks  duş  həvəskarları narahat olmaya bilərlər: sevdiyiniz ritualdan əbədi imtina etmək lazım deyil, sadəcə müəyyən düzəlişlər etməlisiniz.

Duşda su olduqca istidir

Əksər insanlar isti su altında yuyunurlar. Yuma üçün rakovin istifadə etsəniz, seçdiyiniz suyun temperaturunun əhəmiyyətli dərəcədə fərqli olduğunu görəcəksiniz. Amerika Dermatologiya Akademiyası yalnız ilıq su ilə yuyunmağı tövsiyə edir. Duşdakı suyun isə müəyyən edilmiş normaları aşma ehtimalı var. İsti suda qorxulası bir  şey yoxdur, ancaq üzünüzü çox qurudur.

“Yüksək temperatur qan damarlarının genişlənməsinə səbəb olur. İsti su həmçinin dərinin sağlam qalmasına kömək edən qoruyucu lipid qatını  məhv edir", deyə dermatoloq Self Coşua Sayxner bildirir.

Nə etməli: əgər siz səhərinizi duşda yuyunmadan təsəvvür edə bilmirsinizsə, əvvəlcə suyun temperaturunu tənzimləməlisiniz. İlıq su, üzünüzün dərisinə duşun zərərli təsirinin riskini azaldır.

Duşda suyun çox güclü təzyiqi 

Yuyunma üçün rakovin istifadə edildikdə, əllərinizə su yığır və ya xüsusi bir fırça götürürsünüz. Ancaq duşda olanda, sadəcə üzünüzə su axını yönəldrsiniz. Bu hərəkət dağıdıcı nəticələrə səbəb olur.

"Suyun təzyiqi üzünüzün zərif dərisi üçün çox güclüdür. Bu əhəmiyyətsiz boş şey kimi səslənə bilər, amma əslində hər şey çox ciddidir. Yuyunma zamanı suyun altında  duz durmaq - qəfil hərəkətlərlə üzə nəmləndirici krem yaxmaq, dərini qəsdən aşağı çəkmək kimidir "-  gözəllik eksperti Hanna Natanson deyib.

Nə etməli: üzünüzü suyun güclü təzyiqindən uzaq tutun. Üz yuma üçün sevimli süngərinizdən istifadə edin və ya sadəcə əlinizlə su vurun.

Duşda çox vaxt keçirirsiniz

Amerika Dermatologiya Akademiyası, ideal duş alma müddətinin 5 ilə 10 dəqiqəyə qədər davam etməli olduğunu iddia edir. Əgər üzə qulluğu da bu vaxta əlavə etsəniz, o zaman bu diapazon böyüyür. Suda nə qədər uzun zaman qalsanız, dəriniz də bir o qədər zərər görür.

“Nə qədər uzun vaxtda duş qəbul etsəniz, üzünüzü bir o qədər qurudacaqsınız. Keramidlər və digər lipidlər dərini nəm saxlamağa kömək edir. Ancaq bir problem var - onlar suda həll olurlar. Buna görə də, siz duşda 10 dəqiqədən çox vaxt keçirməyi sevirsinizsə, bu faydalı maddələri təmizlənmiş olursunuz" dermatoloq Castin Hekstall deyir.

Nə etmək lazımdır: kimsə üçün bunun icrası, mümkün olmayan bir missiya kimi səslənəcək, amma cildinizi sağlam saxlamaq üçün duşda daha az vaxt sərf etməyi öyrənməlisiniz. Məsələn, telefonunuzda  taymer qurun və səs gələn kimi sudan çıxın.

Şampun və balzam üz dərisinə zərər verir

Saçınızı yuyarkən, şampun və balzam tez-tez üzünüzə axır. Dərini qıcıqlandırır. Sabun, duş geli və digər bədənə qulluq vasitələrinin  qalıqları da üzün dərisinə mənfi təsir göstərə bilər.

"Şampunlar səbəbiylə üz dərisinin turşu-qələvi balansı artır. Bu, dərinin qurumasına gətirib çıxarır "deyə Hekstall əlavə edir.

Nə etməli: sulfat və parabensiz təbii şampunlardan istifadə edin. Həmçinin  həmişə üzünüzdəki vasitəni diqqətlə yuyun.

Rusiyalı kosmetoloq Arina Kiseleva "Üzünü isti duş axınının altına tutmaqla, çoxları bunun mənfi təsir göstərə biləcəyini düşünmür" deyir - Birinci və əsas təhlükə görünməyən xəsarətlərdir. Güclü  suyun faydaları, anti-selülit təsiri olan bütün bədən üçün masaj olsa da, belə bir prosedur üzə çox zərər verir. Duşdan buxarlanmış  suyun dəriyə təzyiqi qeyri-bərabər travmatik təsir göstərir. Bundan əlavə, duşdan və yüksək temperaturdan su axınının təzyiqi altında kapilyarlar üzə çıxa bilər.

Üstəlik, duş alarkən üzün həssas dərisinə düşən müxtəlif gellər, skrablar, şampunlar istifadə edirik. Lakin, bu vasitələrin tərkibi üz bölgəsindəki epidermis ehtiyaclarını ödəmir. Əlbəttə, suyun dərəcəsi də üz üçün vacibdir. Bir az isti olmalıdır, əks halda dəri quruyur və qabığı soyulur, qoruyucu sədd yuyulur və yağ vəzləri aktivləşir.

Süngər və bədən fırçalarının üz üçün istifadəsi əks təsirə malikdir, çünki onlarda bakteriya və mikroblar toplana bilir və epidermisə zərər verə bilər. Bədənin səthindən çıxarılan ölü hüceyrələr materialın tükləri içərisində məskunlaşır və patogen bakteriyaların inkişafına səbəb olur. Üz üçün bir çox xüsusi süngər və fırçalar var ki, bunlar da kosmetik vasitələrin effektivliyini artırır.

Bir sıra hallarda üzə qulluq edərkən məhz sadə səhvlər dəri üçün problemlər yaradır, onda səpkilərin, vaxtından əvvəl qırışların yaranması ilə nəticələnir, belədə isə gözəllik və sağlamlıq üçün bahalı prosedurların edilməsi zərurəti yaranır".

Mənbə: wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR