Slimfit
  1. KOSMOS

Dünyaya ən yaxın planetlərdən birində yaşamaq mümkündür

Dünyaya ən yaxın planetlərdən birində yaşamaq mümkündür
Sakura

Dünyaya ən yaxın planetlərdən birində yaşamaq mümkündür - Alimlərdən iddia

“Livescience” nəşrinin yaydığı məlumata görə, Dünyada iqlim dəyişikliyinin tədqiq edən alimlər xüsusi komputer və teleskoplar vasitəsilə 2016-cı ildə kəşf edilən “Proxima Centauri b”-nin səthində müxtəlif su kütlələri aşkarlayıblar.

Publika.az xəbər verir ki, yüksək miqdarda maye aşkarlanması eləcə də canlı orqanizmlərin mövcudluğu üçün müxtəlif şərtlərin olması bu planetdə həyatın var ola biləcəyinə işarədir.

Bəzi səthlərdə açıq okeanların olduğu da iddialar arasındadır.

Elm adamları, nəhəng qitələr, bir və daha çox atmosfer komponentlərini və okeanın duz miqdarında dəyişikliklər kimi bir çox amilləri araşdıran zaman ümumilikdə 18 müxtəlif ssenari üzərində çalışıblar. Bütün bu modellərə daxil olan faktorlardan bir neçəsi “Proxima Centauri b”-nin səthində aşkarlandığı üçün alimlər qəti şəkildə burada həyat olduğu qənaətinə gəliblər.

NASA bu barədə məlumat yayaraq Goddard Kosmos Tədqiqatları İnstitutundan olan alim Entoni Del Genionun planetdə həyat işartılarının yüksək olduğunu ortaya qoyduğunu elan edib.

Xatırladaq ki, “Proxima Centauri b”-nin cırtdan ulduzu “Proxima Centauri” Günəşdən 4,2 işıq ili uzaqlıqda yerləşdiyi üçün məsafə baxımından canlı orqanizmlər üçün həyatın ola biləcəyinə uyğun bir mövqedə olduğu müəyyənləşmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR