Slimfit
  1. DÜNYA

Dünyanın məşhur firması loqosunu dəyişdi

Dünyanın məşhur firması loqosunu dəyişdi
Sakura

İspaniyanın iri geyim istehsalçısı “Zara” marketlər şəbəkəsi loqotipini dəyişib

İspaniyanın iri geyim istehsalçısı “Zara” marketlər şəbəkəsi loqotipini dəyişib.

Axar.az xəbər verir ki, yenilənmiş simvol şirkətin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində təqdim edilib.

Yeni kursivli şrift ensizləşdirilib, hər növbəti hərf isə özündən əvvəlkinin üzərinə qoyulub.

“Feşn Yunayted” nəşrinin məlumatına görə, marka özünün firma embleminin şəklini ilk dəfə olaraq 2010-cu ildən dəyişməyə başlayıb. Qeyd olunur ki, yeni versiya “Zara”nın məhsullarının üzərinə çoxdan vurulsa da, yalnız indi əsas loqotip hesab edilib.

“İnditex” korporasiyasının aparıcı ticarət şəbəkələrindən biri olan “Zara”nın əsası 1985-ci ildə ispaniyalı sahibkar Amansio Orteqa tərəfindən qoyulub. “Zara” ilə yanaşı, “Massimo Dutti”, “Bershka”, “Pull & Bear”, “Stradivarius” və s. brendlər də “İnditex”ə daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR