Slimfit
  1. MARAQLI

Dünyanın maşından imtina edən şəhərləri

Dünyanın maşından imtina edən şəhərləri
Sakura

Bu ərazilərdə avtomobil yoxdur

Avtomobilsiz şəhər təsəvvür edə bilirsiniz? Sakitçilik, təmiz hava, fiziki aktivlik, qorunub saxlanılan təbiət düşünün. Bu gün yaşadığımız dünyanı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Amma dünyada bəzi şəhərlər avtomobildən tamamilə imtina edib.

Ölkə.Az” siyahını oxucularına təqdim edir.

Odlu ada-Nyu-York, ABŞ
Yay ayları üçün əla məkandır. Ölkənin ən yaxşı çimərliyi, toxunulmamış səhra və digər tarixi abidələr var. Adada avtomobil yoxdur. Adada ancaq piyada və velosipedlə hərəkət etmək olar. Sahildən isə bərə və su taksisindən istifadə etmək mümkündür. Ancaq fövqəladə vəziyyətlərdə adaya qəza və servis nəqliyyatı girə bilər.

Fəs-Əl-Bali-Mərakeş

Dünyada nəqliyyatdan imtina edən ən böyük ərazidir. Orta əsrlər şəhəridir. Qədim abidələri və dar küçələri ilə şöhrətlənib. 9400-dən çox sərt döngəsi olan şəhərdir. Məhz bu dar küçələrdə avtomobildən istifadə qeyri-mümkündür. Piyada gəzmək və velosiped sürmək olar. Bəzi küçələr o qədər dardır ki, velosipedlə də keçmək olmur.

Lamu adası-Keniya

Şərqi Avropanın ən gözəl yerlərindən biridir. Lamu arxipelaqında yerləşir. Adada əsas nəqliyyat vasitəsi uzunqulaqlardır. Adaya isə ancaq qayıqla getmək olar. Gözəl ərazini ancaq piyada və velosipedlə gəzmək olar.

La Kumbresita-Argentina

Kiçik, gözəl kənddir və Rio-Neqro vilayətində yerləşir. Ərazi tamamilə piyadalar üçün nəzərdə tutulub. Avtomobil qəti surətdə qadağan edilib. Ərazidə eko-turizm siyasətinin ciddi qaydaları hökm sürür. Kəndə çatanda avtmobili tərk etməlisiniz.

Tsermatt-İsveçrə

İsveçrə Alplarının 1620 metr hündürlüyündə yerləşir. Dağ havasını çirkləndirməmək üçün avtomobillər qəti surətdə qadağan edilib. Kəndə yalnız qatarla getmək mümkündür. Kəndin küçələrini piyada gəzmək, xizək sürmək mümkündür.

Qidra adası-Yunanıstan

Egey dənizinin çox sakit və gözəl adasıdır. İstənilən nəqliyyat vasitəsi qadağan edilib. Bu isə havanın çirklənməsinin qarşısını alır, adanın təbii gözəlliyini qoruyur.

Adanı at və ya uzunqulaqla, su taksisi ilə gəzmək olar.

Makino-Aylend-ABŞ, Miçiqan ştatı

Makino-Aylend ərazisində 1898-ci ildən avtomobil ilə hərəkət etmək qadağan edilib. Əraziyə isə təyyarə və qayıqla getmək olar. Adanı at, velosiped və ya piyada gəzmək olar.

Sark-Fransa, Normandiya

Normand adalarında kiçik adadır. Adaya avtomobil yolu və hava yolu yoxdur. Ancaq su nəqliyyatı ilə getmək mümkündür. Adada isə ancaq at arabası, traktor və velosipedlə gəzmək mümkündür. Adanın 600 nəfər yerli sakini var.

Gieturn-Niderland

Niderlandın Overeyssel vilayəti yaxınlığında yerləşir. İkinci adı “Hollandiya Venesiyası”dır. Kəndin sahilləri körpülərlə birləşdirilib. Küçə və maşın yoxdur. Kəndin ətrafında De Veriben-Viden parkı var. Kəndin 2620 sakini var. Səssiz elektriklə çalışan qayıqlarla hərəkət edirlər.

Venesiya-İtaliya
Bu qədim şəhər 150 kanal ilə 117 kiçik adaya bölünüb. Avropanın avtomobilsiz olan ən böyük ərazisidir. Turistlər əsasən kanallardakı qayıqlarla hərəkət edirlər. Ada sakinlərinin əsas nəqliyyat vasitəsi su taksiləridir.

Hikmət Həsənov
Ölkə.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR