Slimfit
  1. MARAQLI

Dünyanın marağına səbəb olan fotonun necə çəkildiyi məlum oldu

Dünyanın marağına səbəb olan fotonun necə çəkildiyi məlum oldu
Sakura

Dünyanın marağına səbəb olan fotonun necə çəkildiyi məlum oldu

Demokratik Konqo Respublikasındakı təbiət qoruğunda iki qorillanın park işçisini təqlid edərək çəkdirdiyi foto bütün dünyanın gündəminə düşüb.

Ölkə.Az” xəbər verir ki, fotonu çəkən park işçisi hadisəni olduğu kimi danışıb.

Hadisə Virunqa qoruğunda baş verib. İki qorilla onları körpəlikdən bu yana böyüdən və qoruyan işçilərlə selfie çəkdirib. Fotoda iki qorilla iki ayaq üstündə duraraq park işçisini təqlid edərək poza veriblər.

Fotonu çəkən Mathieu Şamavu bildirib ki, Ndakazi və Ndeze adlı qorillalarla birlikdə yürüşə çıxıblar:

“Onların rahatlanmaları üçün sərbəst gəzmələrinə icazə vermişdik. Nə olduğu ilə maraqlanırdılar. Bu an iki ayaq üstündə durdular. Bu çox görülməyən vəziyyət olduğu üçün telefonu çıxardım. Telefonu görən kimi əllərindəkini buraxıb elə dayandılar və kameraya baxdılar”.

Qorillalar 2007-ci ildən parkda yaşayırlar. Bu meymunlar tez-tez insanları təqlid edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR