Dünyanın ilk texnologiyaları
Texnologiya artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bəs ilk texnologiya alətləri nələr olub, nə zaman və kimlər tərəfindən yaradılıb.
TED.az sizə dünyada yaradılan ilk texnologiya alətlərini təqdim edir.
1.İlk kompüter
Kompüter adlandırılan ilk cihaz,1642-ci ildə Bleiz Paskal tərəfindən icad edilib. Bu cihazla sadəcə toplama və çıxma əməliyyatlarını həll etmək mümkün idi. Buna görə də alimlər cihazı inkişaf etdirmək üçün üzərində bir sıra təcrübələr aparılıb. Alman alimi Qotfrid Vilhem.V.L 1671-ci ildə cihazı inkişaf elətdirməyə başlayıb və dörd əməliyyat apara bilən ilk kompüteri 1694-cü ildə icad etməyə nail olub. Bu gün istifadə etdiyimiz kompüterlərdən öncə, ən böyük inkişaf 1937-ci ildə Hovard H.A tərəfindən həyata keçirilib. Bu cihaz, loqarifma və triqonometriya əməliyyatları apara bilirdi.
2.İlk kompüter siçanı
Dünyanın ilk kompyuter siçanı 1964-cü ildə Daqlas Engilbart tərəfindən Stanford Araşdırma İnisitutunda dizayn edilib.
Ağacdan hazırlanan ilk siçan indiki siçanlar kimi müxtəlif istiqamətlərə deyil,yalnız bir istiqamətdə hərəkət edirdi.1980-ci illərdən etibarən siçan üzərinə düymələr də əlavə edilmişdir.
3.İlk paltaryuyan maşın
Paltaryuyan maşın 1908-ci ilə Alva J.F tərəfindən icat edilib. Qurğunun içinə üfüqi olaraq yerləşdirilmiş metal barabana çirkli paltarlar qoyulurdu. Baraban elektrik cərəyanın köməyi ilə fırlanırdı və hərəkət sırasında paltarlar davamlı suyla təmas edərək təmizlənmiş olurdu. 1937-ci ildə “Bendix Corporation” adlı şirkət tərəfindən tam avtomatik paltaryuyan maşınını istehsal etdi.
4.İlk televizor
Televizor 1923-ci il John L.B tərəfindən icat edilib. İlk televizorun görüntüsü isə yenə Baird tərəfindən 1926-cı ildə yayımlanıb. Başlanğıcda nöqtələr halında olan görüntülərin keyfiyyəti Baird tərəfindən inkişaf elətdirildi. 1930-cü illərin başında televizor elektronik əşya kimi satılmağa və geniş kütlələrə xitab etməyə başladı.
5.İlk telefon
Alexander G.B 1876-cı ildə ABŞ-da insan səsini çevirə bilən ilk cihazı kəşf etdi. Graham.B tərəfindən icad edilən cihaz sonrakı illərdə daha da inkişaf etdirildiBeləliklə telefon uzaq məsafədəki insanların birbirlərinin səsini duyması üçün geniş imkanlar yaratdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət