Dünyanın ikinci ən böyük moda şirkətinin satışları 50% azalıb
Bu il iyunun 1-nə dünyanın ikinci ən böyük moda pərakəndə satış şirkəti “H&M”in 3 ayıq xalis satışları illik müqayisədə 50% azalaraq 28,7 milyard krona (3,1 milyard ABŞ dollara) enib.
Ens.az “Report”-a istinadən xəbər verir.
Məlumata görə, koronavirus pandemiyası səbəbi ilə bağlanan mağazalarını aprelin sonlarından etibarən tədricən açmağa başlayan şirkətin təkcə iyun ayının ilk 13 günündə satışları yerli valyuta ilə 30% azalıb.
Belə ki, satış göstəriciləri açıqlandıqdan sonra “H&M”in səhmlərinin dəyəri iyunun 12-də beynəlxalq bazarlarda ilin əvvəli ilə müqayisədə 24% azalıb.
Qeyd edək ki, ötən həftə “H&M”in ən əsas rəqibi İspaniyanın “Inditex” şirkətinin şatışları bu ilin fevral-aprel aylarında illik müqayisədə 44% azaldığını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət