Dərc edildi: Baxış sayı: 532
“Acer” şirkəti “Swift 5” adlı çox yığcam noutbukun yeni nəslini təqdim edib.
“Acer” şirkəti “Swift 5” adlı çox yığcam noutbukun yeni nəslini təqdim edib.
AZƏRTAC “ferra.ru” saytına istinadla xəbər verir ki, “SF515-51T” nömrəli model dünyada ən yüngül 15 düymlük noutbuk kimi elan olunub. Bu noutbukun çəkisi 990 qram təşkil edir. Noutbuk səkkizinci nəsil “Intel Core i7” prosessoru, “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 giqabaytadək əməli yaddaş və 1 terabayt sərtgövdəli daşıyıcı ilə təchiz olunub. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 millimetr təşkil edir.
“Wi-Fi” (802.11ac), “Bluetooth 5.0”, 2 ədəd “USB Type-A”, bir ədəd “USB Type-C” portları, “HDMI” və qulaqlar üçün konnektor mövcuddur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət