EISA özündə 19 ölkədən audio və videotexnika sahəsində 50i-ə yaxın ixtisaslaşmış nəşri özündə birləşdirir
Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EİSA) "Huawei P20 Pro" modelini 2018-ci ilin ən yaxşı smartfonu elan edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Ekspertlər bu smartfonu bazarda təqdim olunan "ən innovasiyalı və texniki cəhətdən mükəmməl" cihaz adlandırıb. Xüsusilə diqqət intellektual tənzimləmə sisteminə malik "Leica" istehsalı olan kameraya yönəldilib.
Təşkilatın nümayəndələri, eyni zamanda ən yaxşı büdcə telefonunu da açıqlayıblar. Bu NOA Element N10 modeli olub.
EISA özündə 19 ölkədən audio və videotexnika sahəsində 50i-ə yaxın ixtisaslaşmış nəşri özündə birləşdirir. "EISA Awards" mükafatı hər il müstəqil ekspertlərin qərarı əsasında təqdim olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət