Dərc edildi: Baxış sayı: 623
Dünyanın ən yaşlı qərb düzənlik qorillası öldü
Dünyanın ən yaşlı qərb düzənlik qorillası Trudi 63 yaşında ABŞ-ın Litl-Rok şəhərinin zooparkında dünyasını dəyişib.
“Qafqazinfo” bildirir ki, bu barədə zooparkın Tvitter hesabında məlumat verilib. Qorillanın orada ömrünün son 31 ilini keçirdiyi bildirilib.
Qeyd edək ki, qərb düzənlik qorillalarına ən çox dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə rast gəlinir. Erkəklər 1.8 sm boya, 140 kq çəkiyə, dişilər isə 1.5 sm boya və 70 kq çəkiyə sahib olurlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət