Slimfit
  1. DÜNYA

Dünyanın ən yaşlı meymunu öldü

Dünyanın ən yaşlı meymunu öldü
Sakura

Dünyanın ən yaşlı meymunu öldü

Yanvarın 15-də Conninin Yaponiyada meyiti tapılıb. İnsan haqda danışmırıq, dünyanın ən yaşlı meymununu belə adlandırırdılar. Conninin 69 yaşı varmış.

Bizimyol.info xəbər verir ki, şimpanzeni 1955-ci ildə Afrikadan gətirmişdilər. Yaponiyanın Kobe şəhərindəki heyvanxanaya yerləşdiriləndə onun 5 yaşı vardı. Conni dərhal yerli sakinlərin sevimlisinə çevrilmişdi.

Dünyanın ən yaşlı meymunu iki ildir adamların qarşısına çıxmırdı. Yaş öz işini görmüşdü, şimpanze xəstəliklərdən əziyyət çəkirdi. Keçən ilin sentyabrından Conni qida qəbul etmirdi.

Keçən ay İngiltərənin Kolçester şəhərində Racanq adlı oranqutanın ölümünü də heyvansevərlər belə kədərlə qarşılamışdı. O da heyvanxanaya gələnlərin böyük rəğbətini qazanmışdı. Yerli qadın sakinlərdən biri hesab edirdi ki, Racanq ona dünyaya uşaq gətirməyə kömək edib. Çünki meymun bir dəfə onun qarnından öpmüşdü. Qadın bu hadisədən çox xoşbəxt olduğunu, bir müddət sonra dünyaya uşaq gətirdiyini bildirib.

İndi yaşayan meymunlar arasında ən yaşlısı ABŞ-dakı Kolo sayılır. Bu qorillanın 63 yaşı var və özünü pis hiss etmir. Kolo hər ad günündə məmnuniyyətlə tort yeyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR