Slimfit
  1. DÜNYA

Dünyanın ən yaşlı insanı Braziliyada 128 yaşında vəfat edib

Dünyanın ən yaşlı insanı Braziliyada 128 yaşında vəfat edib
Sakura

Dünyanın ən yaşlı insanı Braziliyada 128 yaşında vəfat edib

Dünyanın ən yaşlı sakini, braziliyalı Jose Paulino Qomez 128 yaşında vəfat edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yerli bələdiyyənin qeydiyyat idarəsinin qeydlərinə görə, kişi 4 avqust 1895-ci ildə anadan olub. Ömrünün son ayında yataq xəstəsi olan Qomez iyulun 28-də “Corrego do Café”dəki evində bir çox vacib orqanlarının çatışmazlığından ölüb. Ahıl kişi 128 yaşının tamamına iki gün qalmış vəfat edib.

Xose bütün həyatı boyu heyvandarlıqla məşğul olub və yalnız 2019-cu ildə at sürməyi dayandırıb. Onun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 11 kötücəsi qalıb.

O, rəsmi olaraq yaşla bağlı rekordunu qeydiyyatdan keçirmədiyi üçün sağ olan ən yaşlı insan sayılmırdı.

Hazırda planetin ən yaşlı insanı İspaniya sakini Mariya Branas Moreradır. Hazırda onun 115 yaşı var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR