Slimfit
  1. PSİXOLOGİYA

Dünyanın ən varlı insanlardan biri Karlos Slimin dedikləri

Dünyanın ən varlı insanlardan biri Karlos Slimin dedikləri
Sakura

Dünyanın ən varlı insanlardan birinin səhvlər, risklər, məğrurluq və üstünlüklər barədə dedikləri

Dünyanın ən varlı insanlarından biri Karlos Slim sahibkarların səhvlər, risklər, məğrurluq və üstünlükləri barədə söylədiklərini sizin nəzərinizə çatdırırıq.

 

Biznesmen ancaq bizneslə məşğul ola bilməz. Sizin daha böyük maraqlarınız olmalıdır. Həyat bilmək, öyrənmək, yaşamaq üçün böyük imkanlar verir.

 

Biznesmen və sahibkarlar resursların idarə olunmasında siyasətçilərdən daha çox təcrübəyə malikdir.

 

Başqalarının fikirlərinə nəzər yetirirsinizsə siz ölüsünüz. Məni necə yadda saxlayacaqları haqqında fikirləşməklə yaşamaq istəmirəm.

 

Siz gələcəyi görməlisiniz, bunun üçün isə keçmişi bilməlisiniz.

 

Çalışın ki, səhvləriniz böyük deyil, kiçik olsun.

 

Mənə elə gəlir ki, heç vaxt risk etməmişəm. Ola bilsin az olsa da olub, ancaq mən risk etmək həvəskarı deyiləm. Fikirləşirəm ki, mən çox konservativəm.

 

Biznesdə çevik olmaq lazımdır.

 

Mən inanmıram ki, hər hansı biznesdə siz 15-16 saat işləməlisiniz, bu zaman sizin özünüzə, ailənizə və yaxınlarınıza vaxt qalmayacaq.

 

Biznesmen – müvəqqəti idarə etdiyi sərvətin yaradıcısıdır.

 

Mən əminəm ki, özəl sektor kömək etməlidir, pul verməməlidir, çünki xeyirxahlıq bir neçə yüzilliyin kasıblığını həll etməyəcək.

 

Mənim ideyam sadədir: yenidən investisiya yatırmaq, yenidən investisiya yatırmaq və yenidən investisiya yatırmaq

 

İnvestorla sahibkar arasında fərq var: sahibkar fəal olaraq yaradır, investor passiv olaraq investisiya qoyur.

 

İmmiqrantlar gərgin işləməli olurlar, lakin onlar daxildən çox güclüdürlər. Onlar güclü olmalıdırlar. Mən dünyanın istənilən nöqtəsindən olan immiqrantlarla fəxr edirəm.

 

Hər zaman edəcəyiniz ən yaxşı investisiya iş yerləri yaratmaqdır... kasıb və təcrid olunmuş insanları müasir bazar iqtisadiyyatına qaytarmaqdır.

 

Yaxşı şəxsi həyat sizi güclü edir.

 

Mənə elə gəlir ki, iş – nəinki sosial məsuliyyət, həmçinin emosial ehtiyacdır.

 

Xoşbəxtliyə gedən yol – bu sizin öz dəyərinizi və onlarla harmoniyada olmanızı aydınlaşdırmaqdır.

 

Sabit və sakit optimizm hər zaman öz bəhrəsini verir.

 

Mən indiyə qədər çoxlu suallar verirəm.

 

Fikrimcə sərvət yaratmaq və onu bilmədiyin bir şeyə saxlamaq dəlilikdir. Həyat boyu siz öz sərvətinizi biznesdən kənarda istifadə etməlisiniz.

 

Biznesdə siz zövq almırsınız. Siz işləyirsiniz.

 

Məğrurluq şəxsi və daxili məsələdir. Bu tanınmaq və alqışlanmaq deyil. Bu nəyisə etdiyiniz zaman hiss etdiyiniz daxili duyğudur.

 

Mən fikirləşirəm ki, uğur qazanılmış pullar, şəxsi şirkətiniz və ya professionallıq deyil. Uğur – sizin həyatınızdır. Uğur – sizin ailəniz və dostlarınızdır. Bu baxımdan mən özümü çox uğurlu hesab edirəm.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR