Slimfit
  1. DÜNYA

Dünyanın ən varlı həkimləri - Siyahı

Dünyanın ən varlı həkimləri - Siyahı
Sakura

Sərvəti milyardlara çatan həkimlərin adları siyahıda verilib.

“Kommersant.az” xəbər verir ki, dünyanın ən varlı həkimlərinin adları açıqlanıb. Sərvəti milyardlara çatan həkimlərin adlarını sizə təqdim edirik:

1. Dünyanın ən varlı həkimləri siyahısına Patrik Sun Şinq (Patrick Soon-Shiong) başçılıq edir. ABŞ vətəndaşı olan bu həkimin var - dövləti 15 milyard dollar dəyərindədir. 63 yaşlı Patrik xərçənglə mübarizədə böyük xeyriyyəçi rolu oynayıb və gəlirinin çox hissəsini xeyriyyəçiliyə xərcləyir.

2. İkinci yerdə həkim - cərrah Tomas Frist (Thomas Frist). O, gəlirlərinin böyük hissəsini poliklinikaların alış-satışı nəticəsində qazanıb. Tomasın əmlakı 7 milyard dollardır. O da gəlirlərinin böyük hissəsini xeyriyyəçilik fəaliyyətinə sərf edir.

3. Filip Frost (Phillip Frost) 3,8 milyard dollarlıq var-dövləti ilə siyahıda üçüncü ən varlı həkimdir. Bu həkim tibb sahəsində fəaliyyətilə seçilmir. O, pullarını əczaçılıq şirkətləri yaratmaq və satmaqla 7,8 milyard qazanmışdı. Müəyyən səbəblərdən var-dövləti 4 milyard azalıb.

4. Dördüncü yerdə çinli Vu Yilinq ( Wu Yiling) qərarlaşıb. Bu həkim milyarderlər siyahısına düşənə qədər 11 il çalışıb. O, 1992-ci ildə özünün xalq təbabəti dərmanlarını satan şirkətini yaradıb. Bu şirkəti satdıqdan sonra 1,7 milyard dollar qazanıb.

5. Qeri Mişelson (Gary Michelson) beşinci yerdədir. Onun ümumi varidatı 1, 55 milyard dollarlıq əmlaka sahibdir. Bu həkim ortopedik cihazlar, dərman və metodlar üzrə 250 patentin sahibidir. O, özünün patentlərini bir hissəsini Medtronic şirkətinə satmaqla varlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR