Slimfit
  1. İDMAN

Dünyanın ən varlı futbolçusu kimdir?

Dünyanın ən varlı futbolçusu kimdir?
Sakura

Dünyanın ən varlı futbolçusu kimdir?

Dövrümüzün ən gəlirli sahələrdən biri futboldur. Öz hobbiləri ilə məşğul olaraq milyonlar qazanan futbolçulara digər sahənin işçiləri həsəd aparır. Bəs görəsən futbolçuların arasında ən varlısı kimdir? Goal.az dünyanın ən varlı futbolçuların siyahısını təqdim edir:

3. Lionel Messi (Barcelona)

Месси

Messi Ronaldo və Bekxemdən fərqli olaraq moda arxasıyca qaçmır və meydandan kənarda ən yaxşı olmağa çalışmır. Amma bunlara baxmayaraq argentinalı ulduzun 10 ildən çoxdur ki Adidas, Pepsi, Lays və Gilette kimi şirkətlərlə iş birliyi var. Messinin reklamdan illik gəliri 27 milyon avrodur. Barcelona ilə olan müqaviləsinə görə isə Messi illik 84 milyon avro qazanır.

Ümümi büdcəsi ~ 400 milyon avro!

2. Kriştiano Ronaldo (Juventus)

Роналду

Təkcə meydanda deyil, həmçinin modada da ən yaxşı olmağa çalışan portuqaliyalı ulduz Juventus-dan 66 milyon avro qazanır. Bu məbləğ Messi və Neymarın illik maaşından az olsa da Kriştiano Ronaldo marketinqin tanrısı kimi tanınır. Kriştiano Nike, EA Sports və yüzlərlə şirkətin əsas reklam üzüdür. Ronaldonun parfumeriya biznesi olduğu kimi otel biznesi də var. Dünyanın ən güclü futbolçularından olan Ronaldo illik nə az nə çox, düz 50 milyon avro reklamlardan gəlir əldə edir!

Ümumi büdcəsi ~ 450 milyon avro!

1. Faik Bolkia (Leicester City)

Болкиах

Təəccüblü gəlsə də dünyanın ən varlı futbolçusu bir çoxumuzun tanımadığı, Leicester City-nin hücumçusu Faik Bolkiadır. 20 yaşlı futbolçunun maaş və reklam gəlirlərli az olsa da, o, dünyanın ən varlı futbolçusudur. Belə ki, Faik Bruneyin növbəti sultanı olacaq. Onun atası vəfat edəndən sonra ona 20 milyard avro miras qalacaq.

Ümumi olaraq - 20 milyard avro!

Mənbə: goal.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR